"Borussiya"dan yeni mövsüm üçün 2-ci transfer

"Borussiya"dan yeni mövsüm üçün 2-ci transfer

Dortmund "Borussiya"sı yeni mövsüm üçün ikinci transferini edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Dortmund təmsilçisi "Frayburq"un futbolçusu Niko Şlotterbeki heyətinə qatıb. Almaniya millisinin müdafiəçisi ilə 2027-ci ilin iyununa kimi müqavilə imzalanıb. Müqavilə bu mövsüm başa çatdıqdan sonra qüvvədə olacaq.

Qeyd edək ki, Borussiya" bundan əvvəl yeni mövsüm üçün "Bavariya"dan Niklas Süleni transfer etdiyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə