Rusiya millisi Millətlər Liqasından da kənarlaşdırıldı

Rusiya millisi Millətlər Liqasından da kənarlaşdırıldı

UEFA Rusiya milli komandalarının beynəlxalq turnirlərdə iştirakının dayandırılması müddətini uzadıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, Rusiyanın kişilərdən ibarət komandası Millətlər Liqasında iştirak etməyəcək və avtomatik olaraq B Liqasının 2-ci qrupunda sonuncu yeri tutacaq.

Qadınlardan ibarət milli komanda Avro-2022-də oynamayacaq və onları Portuqaliya əvəzləyəcək.

Qadınlardan ibarət yığma DÇ-2022-nin qalan matçlarında iştirak edə bilməyəcək, komandanın əvvəlki nəticələri ləğv olunacaq.

Rusiyanın gənclərdən ibarət yığması Avro-2023-ün seçmə mərhələsində iştirakdan kənarlaşdırılıb, komandanın əvvəlki nəticələri ləğv ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə