Amerikalı Erriyon Nayton (Erriyon Knighton) 200 metrlik məsafəni 19,49 saniyəyə qaçan ən sürətli 4-cü kişi idmançısı oldu.
SİA-nın əldə etdiyi məlumata görə, 2020-ci il Tokio Olimpiadasında 200 metr məsafəyə qaçışda finalı 4-cü yerdə başa vuraraq diqqətləri üzərinə çəkən Nayton ölkəsinin Baton-Ruj (Baton Rouge) şəhərində keçirilən Luiziana (Louisiana) Dövlət Universitetinin tədbirində iştirak edib.
Kişilər arasında 200 metr məsafəyə qaçışda 19,49 saniyə nəticə ilə qalib gələn 18 yaşlı idmançı 20 yaşadək gənclər arasında dünya rekordunu 0,35 saniyə fərqlə yeniləyib.
Qeyd edək ki, 200 metrlik məsafəni Useyn Bolt (Usain Bolt) 19,19, İohan Bleyk (Yohan Blake) 19,26 və Maykl Conson (Michael Johnson) 19,32 saniyəyə qaçmışdılar. Eriyon Nayton bu performansı ilə 19,49 saniyə ilə yeniləyərək “Qaçış tarixinin ən yaxşı 8-ci dərəcəsi”nə layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB