“Xarıbülbül” həvəskar turniri keçiriləcək

“Xarıbülbül” həvəskar turniri keçiriləcək

Mayın 8-də "ASED Fighting Championship" (AFC ASED) liqasının təşkilatçılığı ilə “Xarıbülbül” həvəskar turniri keçiriləcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Uğur Fight Arena”da baş tutacaq yarışda 200 MMA idmançısı birincilik uğrunda mübarizə aparacaq.

Yarışda Bakı ilə yanaşı, Gəncə, Quba, Qəbələ, Biləsuvar, Zaqatala və digər bölgələrdən də idmançılar güclərini sınayacaqlar.

Həvəskarlar arasında təşkil olunacaq yarışın qalibləri iyunda keçiriləcək peşəkarların seçmə mərhələsinə vəsiqə qazanacaq. Bu mərhələdə uğurla çıxış edəcək MMA idmançıları AFC-nin respublika çempionatında iştirak etmək hüququ qazanacaqlar. AFC-nin respublika çempionatı isə iyulda təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə