Mahir Emrelinin oynaması sual altındadır - BAŞ MƏŞQÇİ

Mahir Emrelinin oynaması sual altındadır - BAŞ MƏŞQÇİ

Azərbaycan millisinin və "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emrelinin "Lokomotiv"ə qarşı Xorvatiya I Liqasının XXXIII tur matçında meydana çıxması sual altındadır. SİA-nın məlumatına görə, bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç oyundan öncə keçirilmiş mətbuat konfransında açıqlama verib.

69 yaşlı mütəxəssis digər zədəlilərin durumunun yaxşı olduğunu bildirib: "Son məşqdən sonra kimlərin start heyətində olacağı dəqiqləşəcək. Uşaqlar çalışırlar. Bu, fərqli oyun olacaq. Rəqib meydana yüksək motivasiya ilə çıxacaq".

Bu gün keçiriləcək "Lokomotiv" - "Dinamo" oyunu Bakı vaxtı ilə saat 21:05-də başlayacaq.

Qeyd edək ki, Mahir Emreli "Qoritsa"ya 1:0 hesabı ilə qalib gəldikləri XXXII tur oyununda çiynindən zədələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə