Gənclər və idman naziri gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb

Gənclər və idman naziri gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov hüquq və iqtisadi sahələr üzrə fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb. SİA Gənclər və idman Nazirliyinin saytına istinadla xəbər verir ki, keçirilən görüşdə 12 gənclər təşkilatının nümayəndəsi iştirak edib.

Nazir bildirib ki, görüşün keçirilməsində əsas məqsəd, müxtəlif sahələr üzrə fəaliyyət göstərən təşkilatlarla qarşılıqlı əməkdaşlığı daha da gücləndirmək, gənclərin problemlərinin həllində bu ictimai birliklərin potensialının inkişafına əlavə dəstək mexanizmlərinin birgə yaradılmasına nail olmaqdır.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə təşkilat rəhbərləri çətinliklərdən, gənclər üçün maraqlı layihələrin hazırlanmasından, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə