Sofiyada keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında -73 kq çəkidə yarışan cüdoçumuz Hidayət Heydərov finala çıxdı. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, finalda onun rəqibi italyan Esposito Qiovanni olacaq.
Qeyd edək ki, eyni çəkidə yarışan digər cüdoçumuz Rüstəm Orucov təsəlliverici mərhələ bürünc medal uğrunda mübarizə aparacaq. Bu mərhələdə Rüstəmin rəqibi rumıniyalı Raiçu Aleksandrudur.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB