Gənclər və İdman Nazirliyinin rəhbərliyi Azad Rəhimovun məzarını ziyarət edib - FOTOLAR
Bu gün tanınmış ictimai-siyasi xadim, sabiq gənclər və idman naziri Azad Rəhimovun vəfatından bir il ötür. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu münasibətlə, Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi 2-ci Fəxri Xiyabanda mərhumun məzarını ziyarət ediblər. Məzarı önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi yad edilib.
2006-2021-ci illərdə Azərbaycan Respublikasının gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti vəzifələrində çalışıb.
A.Rəhimov 2021-ci il aprelin 30-da ömrünün 57-ci ilində vəfat edib.
Allah rəhmət eləsin!
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB