Azərbaycan cüdoçusu yarımfinala yüksəlib

Azərbaycan cüdoçusu yarımfinala yüksəlib

Azərbaycanın cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala yüksəliblər. SİA-nın verdiyi məlumata görə, 73 kq-da çıxış hər iki idmançı mübarizəyə 1/16 finaldan başlayıb. O, ardıcıl olaraq, Adam Stodolski (Polşa), Martin Hoyak (Sloveniya) və Aleksandru Raykuya (Rumıniya) qalib gəlib.

Bu çəkidəki digər Azərbaycan təmsilçisi Rüstəm Orucov isə ilk iki görüşündə Coşua Qrin (İrlandiya) və Aleksandr Koşlyakı (Ukrayna) məğlub etsə də, 1/4 finalda Mark Xristovla (Bolqarıstan) bacarmayıb.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycanın 6 cüdoçusu mübarizə aparıb. Onlardan heç biri medal qazana bilməyiblər. Yarış mayın 1-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə