"Qarabağ" "Neftçi"nin rekordunu təkrarlayıb

"Qarabağ" "Neftçi"nin rekordunu təkrarlayıb

Azərbaycan Kubokunun 30-cu – yubiley mövsümündə finala vəsiqə qazanan "Qarabağ" tarixində bunu 10-cu dəfə bacarıb. SİA-nın məlumatına görə, "köhlən atlar" bununla “Neftçi”nin rekordunu təkrarlayıb.

Yubiley uğuru 5 ildən sonra gerçəkləşib. Sonuncu dəfə 2016/2017 mövsümündə finalda oynayan “Ağdam təmsilçisi sonrakı 4 yarışın üçündə mübarizəni dayandırıb, birində turnir yarımçıq qalıb.

"Zirə" isə tarixində ilk dəfə finala yüksəlib. "Qartallar" həlledici qarşılaşmada iştirak edəcək 18-ci komanda kimi tarixə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə