22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb. Mayın 20-22-də Kosovoda keçiriləcək Avropa çempionatının II təsnifat mərhələsinə hazırlaşan komanda məşqlərə Bakıda start verib. Federasiyanln mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 14 voleybolçunun cəlb olunduğu toplanışa baş məşqçi Eldar Əliyev rəhbərlik edir. Ona Akif Vəliyev, Fərid Cəlalov və Ruslan Motorin kömək edirlər.
Bakıda təşkil olunan təlim-məşq toplanışı “Murov” Voleybol Klubunun və “Sərhədçi” Olimpiya İdman Mərkəzinin idman zallarında keçiriləcək.
Qeyd edək ki, voleybolçularımız AVRO-2022-nin təsnifat oyunlarında E qrupunda Kosovo, Niderland və Slovakiya milliləri ilə mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB