Bu gün Azərbaycan üzgüçülərinin ilk sınağıdır

Bu gün Azərbaycan üzgüçülərinin ilk sınağıdır

Bu gün Azərbaycan üzgüçüləri Çexiyanın Ostrava şəhərində üzgüçülük növü üzrə start götürəcək Beynəlxalq turnirdə ilk sınaqlarına çıxacaqlar. Bu barədə Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, üzgüçülük üzrə yığmanın baş məşqçısı Rəşad Əbdurəhmanovun sözlərinə görə idmançılarımızdan Ramil Vəlizadə 100-200 metr batterfley üsulu, Əbdürəhman Rüstəmov 50-100-200 metr batterfley üsulu, Rəşad Alquliyev 100-200 metr arxası üstə, 200-400 metr qarışıq üsulda, Məryəm Şeyxəlizadəxangah 50 metr sərbəst üsul, 50-100 metr batterfley üsulunda öz güclərini sınayacaqlar.

Baş məşqçı əlavə edib ki, bu turnirdə dünyanın su idman növləri inkişaf etmiş dövlətləri çox sayda tanınmış üzgüçüləri ilə qatılıb. Məşqçilər korpusunun bu idmançıların yaxşı nəticələr göstərəcəklərinə ümidləri böyükdür.

Məlumat üçün bildirək ki, bu turnir həm bu il Budapeştdə, həm də 2023-cü ildə Fukaukada keçiriləcək dünya çempionatına lisenziya xarakterli bir yarışdır. Azərbaycan Üzgüçülük Federasiyandan verilən məlumata görə turnirdə ölkəmizlə yanaşı İsveçrə, Ukraina, Ruminiya, Polşa, Macarıstan, Xorvatiya, Cexiya və Gürcüstandan idmançılar öz güclərini sınayacaqlar.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə