Suqovuşanda ilk dəfə beynəlxalq yarış keçiriləcək - VİDEO

Suqovuşanda ilk dəfə beynəlxalq yarış keçiriləcək - VİDEO

Bu il Qarabağda ilk dəfə beynəlxalq yarış keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası işğaldan azad olunan torpaqlarımızda ilk beynəlxalq idman yarışını təşkil edəcək. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu öldönümünə həsr olunan avarçəkmə üzrə “Prezident kuboku” Suqovuşanda start götürəcək. Ölkənin avarçəkənləri 6 may tarixində Suqovuşanda, 7 may tarixində isə Mingəçevirdə yarışacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə