Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının üçüncü mərhələsində sonuncu görüşünü keçirib.
SİA Matç.az-a istinadən xəbər verir ki, 37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın 7-ci turunda Maqnus Karlsenlə üz-üzə gəlib. Görüş Məmmədyarovun 2.5:0.5 hesablı qələbəsi ilə başa çatıb.
Məmmədyarov ilk turda vyetnamlı Le Kuanq Lyeyə, beşinci və altıncı turda müvafiq olaraq niderlandlı Aniş Giri və Yorden van Forestə qalib gəlib. Təcrübəli şahmatçı 2, 3 və 4-cü turlarda ardıcıl olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB