Taekvondo üzrə Bakı şəhər açıq birinciliyi keçiriləcək

Taekvondo üzrə Bakı şəhər açıq birinciliyi keçiriləcək

Mayın 9-10-da Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində taekvondo üzrə Bakı şəhər açıq birinciliyi keçiriləcək. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, turnir ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunur.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Taekvondo Federasiyası tərəfindən təşkil olunacaq şəhər birinciliyində uşaq, yeniyetmə və gənc taekvondoçular mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə