Azərbaycan qadın güləşçisi Mariya Stadnik Ukraynadan Azərbaycana qayıdıb. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əslən Lvovdan olan 34 yaşlı idmançı ötən həftədən Bakıdadır.
Stadnik artıq milli komanda ilə məşqlərdə iştirak edir.
Qeyd edək ki, 2 qat dünya və 8 qat Avropa çempionu olan Mariya Stadnik Pekin-2008 və Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal qazanıb.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB