Tələbə gənclərin əyləncə proqramının açılış mərasimi keçiriləcək - YENİLƏNİR
Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə "FunniFy - tələbələrin təhsildən kənar əyləncə proqramı”nın açılış mərasimi keçiriləcək. SİA xəbər verir ki, proqramın başlıca məqsədi tələbələrin idman oyunlarında əyləncəli iştirakını təşkil etmək, tələbələr üçün idman və kompüter oyunlarını, eləcədə fərdi bacarıq tələb edən oyunları fərqli və daha əyləncəli bir şəkildə təqdim etmək, tələbələrin asudə vaxtlarında sağlam həyat tərzinə üstünlük verməsini və keçirilən layihələrə cəlb olunmasını təmin etməkdir.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB