O da PSJ-dən gedir

Mövsümün sonunda PSJ-dən ayrılacaq daha bir futbolçunun adı məlum olub.

SİA Qol.az-a istinadən xəbər verir ki, Julian Draksler Paris klubunu tərk edəcək. Onunla "Sevilya"nın yaxından maraqlandığı bildirilir.

Almaniya millisinin üzvü 2017-ci ildən PSJ-də çıxış edir.

Qeyd edək ki, mövsümün sonunda Thilo Kehrer, Layvin Kurzava, Leandro Paredes və Anhel D Mariyanın da PSJ-dən gedəcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə