Mançesterdə qol şousu

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

SİA Qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Mançester Siti" evdə "Real"ı qəbul edib. "Etihad" stadionundakı görüşdə qapılara 7 qol vurulub. İngiltərə klubu İspaniya təmsilçisinə 4:3 hesabı ilə qalib gəlib

Bu komandalar arasında cavab qarşılaşması mayın 4-də oynanılacaq.

UEFA Çempionlar Liqası, yarımfinal

İlk oyun

26 aprel

23:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 4:3

Qollar: Kevin De Brüyne, 2 (1:0), Jezus, 11 (2:0), Benzema, 33 (2:1), Foden, 53 (3:1), Junior, 55 (3:2), Silva, 74 (4:2), Benzema, 82-pen (4:3)

Baş hakim: İştvan Kovaç (Rumıniya)

"Etihad" stadionu

27 aprel

23:00. "Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya)

Baş hakim: Simon Marçinyak (Polşa)

"Enfild" stadionu.

Bütün xəbərlər Facebook səhifəmizdə