Göygöl Olimpiya Kompleksində baş verən zəhərlənmə barədə - DİREKTOR DANIŞDI
Aprelin 25-də Göygöl Olimpiya İdman Kompleksində bir qrup gənc cüdoçunun zəhərlənməsi ilə barədə yayılan xəbərlə bağlı kompleksin direktoru Mövlud Mirəliyev açıqlama verib. SİA xəbər verir ki, Mövlud Mirəliyevin sözlərinə görə, dünən gənc idmançılar məşqdən sonra soyuq su içdikləri üçün mədələrində yüngül narahatlıq hiss ediblər: "Onlar müayinə üçün xəstəxanaya aparılıblar və cəmi 2 saat ərzində müayinə olunduqdan sonra kompleksə geri qaydıblar. Həmin idmançıların səhhətləri normaldır, özlərini yaxşı hiss edirlər hazırda məşqlərinə davam edirlər. Buna baxmayaraq, onlardan götürülmüş nümunələr test üçün laboratoriyaya göndərilib. Nəticəsi barədə əlavə informasiya veriləcək".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB