Komandadan kənarlaşdırılan türk futbolçu Mesut Özil yaxın ətrafına "Bu cür diqqətdən kənarda qalmağım məni çox üzür. Böyük məyusluq və küskünlük hiss edirəm" deyib.
SİA xarici mətbuata istinadən xəbər verir ki, martın 20-də "Fənərbaxça" rəqibi "Konyaspor"u 2:1 hesabı ilə məğlub edib.
Bununla bağlı coşğu yaşansa da, Mesut Özil və Ozan Tufanın heyətdən kənarlaşdırıldığı barədə açıqlama hər kəsi şoka salıb.
Bu qərar matçdan sonra iki futbolçunun soyunub-geyinmə otağında İsmail Kartalla gərginlik yaşadığı zaman verilib. Hadisənin üstündən 1 aydan çox vaxt keçib. Rəhbərlik Mesut və Ozanla bağlı yeni qərar verməyib.
Mesut Özilin meneceri Erkut Söğüt futbolçunun vəziyyətini müzakirə etmək üçün İstanbula gələrək Ali Koçla görüşüb. Ancaq dəyişiklik olmayıb.
Dünyaca məşhur ulduzun bu məsələ ilə bağlı yaxın ətrafı ilə problem yaşadığı bildirilib.
Mesut, "Ümid edirəm ki, rəhbərlik tərəfindən ən qısa zamanda bağışlanacağam" dedi.
Təcrübəli futbolçu məşqlərini komandadan ayrı davam etdirir və fiziki cəhətdən özünü hazır saxlamağa çalışır.
Süsən Heydərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB