Karateçilər həlledici medal görüşlərinin sayını artırdı

Karateçilər həlledici medal görüşlərinin sayını artırdı

Portuqaliyanın Matosinhos şəhərində Karate1 Premyer Liqa turnirinin ikinci günü də idmançılarımız üçün uğurlu olub. SİA xəbər verir ki, İrina Zaretska (-68 kq) və Asiman Qurbanlı (84+ kq) yarışın medalları uğrunda döyüşəcək.

İ.Zaretska finalda, A.Qurbanlı isə bürünc medal görüşündə mübarizə aparacaq. Bazar günü həlledici mərhələdə digər karateçilərimiz Fərid Ağayev (-75 kq) qızıl medal, Tural Ağalarzadə (-67 kq) isə bürünc müakafat qazanmağa çalışacaq. Matosinhosda Karate1 Premyer Liqa turnirində 58 ölkədən 351 idmançı iştirak edir.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə