PSJ çempion oldu

PSJ Fransa Liqasında mövsümün sonuna 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Paris klubu 34-cü turda "Lans"ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.

PSJ - "Lans" - 1:1

Qollar: Messi, 68 (1:0), Joan, 88 (1:1)

Bu nəticədən sonra xallarını 78-ə çatdıran PSJ ən yaxın izləyicisi "Marsel" (62 xal) üçün əlçatmaz olub.

Bununla da Paris təmsilçisi tarixində 10-cu çempionluğunu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə