“Trabzonspor”dan inamlı qələbə

“Trabzonspor”dan inamlı qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 34-cü turun oyunları keçirilir.

SİA Matç.az-a istinadən xəbər verir ki, şənbə günü daha üç qarşılaşma baş tutub. “Fatih Karagümrük” doğma meydanda “Girəsunspor”u çətinliklə məğlub edib. “Qaziantep” – “Göztəpə” matçında qalib müəyyənləşməyib. Bu nəticədən sonra İzmir təmsilçisinin Super Liqanı tərk etməsi də rəsmiləşib.

Lider “Trabzonspor” isə səfərdə “Adana Dəmirspor”la qarşılaşıb. Trabzonlular bu oyundan inamlı qələbə ilə ayrılıblar. Artıq Super Liqanın liderinə çempionluğu rəsmiləşdirmək üçün cəmi 1 xal lazımdır.

Türkiyə Super Liqası

34-cü tur

22 aprel

Rizəspor – Fənərbaxça 0:6

Qol: D.Rossi, 9. S.Dursun, 45+3; 45+9-pen; 51. Valensiya, 65. Sanqare, 76.

23 aprel

Fatih Karagümrük – Girəsunspor 2:1

Qol: Peşiç, 52-pen. C.Durmaz, 65 – Çikinyo, 48.

Qaziantep – Göztəpə 1:1

Qol: Fiqeyredo, 90+6 – Yahoviç, 90+2.

Adana Dəmirspor – Trabzonspor 1:3

Qol: Varqas, 75 – B.Peres, 7. Kornelius, 12. Djanini, 61.

24 aprel

17:00 Yeni Malatyaspor – Konyaspor

17:00 Başakşəhər – Hatayspor

21:30 Altay – Qalatasaray

21:30 Antalyaspor – Kayserispor

25 aprel

21:30 Beşiktaş – Kasımpaşa

21:30 Sivasspor – Alanyaspor

Bütün xəbərlər Facebook səhifəmizdə