Kişi voleybolçular arasında 44 günlük Vətən müharibəsində şanlı qələbəmizə həsr olunan “Zəfər kuboku” aprelin 22-də start götürüb. SİA xəbər verir ki, yarışlar bitdikdən sonra Neftçi klubunun kapitanı Tural Həsənli jurnalistlərə açıqlama verib.
“Bildiyimiz kimi Azərbaycan Çempionatı 4 turdan ibarət idi. Sonradan Zəfər kubokunun keçiriləcəyi bildirildi. 3-cü turda Murov komandası öz çempionluğunu artıq qarantiləmişdi. Yenə də mən gənc oyunçuların yetişməyinə çox sevinirəm. Murov komandası da gənc oyunçulardan ibarətdir. Milli komandaya gələcək oyuncular hamısı perespektivli oyunçulardır.
Öz oyunumuzla yenə də sübut etdik ki, Neftçi həmişə birinci yerə çıxır. Neftçi əzəli Azərbaycan çempionudur”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB