AFFA İntizam Komitəsi (İK) "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevi 4 qarşılaşma şərti olmaqla, 5 oyunluq cəzalandırıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumat görə, buna 42 yaşlı mütəxəssisin "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur oyununda hakimi təhqir etməsi səbəb olub. Baxşıyevə sınaq müddəti 3 ay təyin edilib. Əyalət təmsilçisi azarkeşlərin kütləvi təhqiri ucbatından 4000, meydana kənar şəxsin daxil olmasına görə 1600 manat ziyana düşüb.
"Sumqayıt" isə 5 oyunçusu sarı vərəqə aldığından 800 manat ödəcəyək.
Bundan əlavə, İK "Qarabağ" klubuna da xəbərdarlı edib. Buna "köhlən atlar"ın "Şamaxı"nı 8:0 hesabı ilə məğlub etdiyi qarşılaşmaya dövlət yanğından mühafizə xidməti maşının gec gəlməsi səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB