Formula 1 ilə bağlı quraşdırma işlərinin başa çatacağı tarix açıqlanıb
Bakı Şəhər Halqası ilə bağlı tikinti-quraşdırma işlərini iyunun 6-dək yekunlaşdırmağı düşünürük.
SİA-nın məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer deyib.
O qeyd edib ki, Paddok ərazisində də infrastruktur-quraşdırma işlərinə start verilib.
“Beynəlxalq Avtomobil Federasiyası da sınaqlarını həyata keçirəcək. Bu yoxlanışlardan sonra trek tam istifadəyə veriləcək. Sevindirici xəbər ondan ibarətdir ki, biz tribunalara və trekə qayıtmışıq. Bakı Şəhər Halqasının əməkdaşları durmadan çalışırlar. Azərbaycandakı yarışın yaddaqalan olmasını istəyirik”, - deyə o əlavə edib.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 2022-ci il iyunun 10-12-i tarixlərində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB