Aprelin 24-də Pirallahı adasında yerləşən Nərəkənd parkının (Nərəkənd İstirahət Mərkəzi) ərazisində “IronWind Duatlon” adlı turnir keçiriləcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının dəstəyi ilə “Triterra Baku Triathlon Club” tərəfindən keçirilir. Duatlon 3 mərhələdən ibarətdir. İdmançılar 5 kilometr qaçmalı, 20 kilometr velosiped sürməli və sonra isə 2,5 kilometr qaçmalı olacaqlar.
Turnir həm fərdi həm də estafet formatında baş tutacaq.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB