“Real”dan inamlı qələbə

Futbol üzrə İspaniya La Liqasında 33-cü turun oyunları keçirilir.

SİA Matc.az-a istinadən xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

Səfərdə “Selta” ilə qarşılaşan “Xetafe” 3 xalı 2 cavabsız qolla qazanıb.

Son turda “Sevilya” üzərində əzmkar qələbə qazanan (3:2) lider “Real” bu dəfə səfərdə “Osasuna” ilə qarşılaşıb. Madrid təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.

Madridin digər təmsilçisi “Atletiko” isə “Qranada” ilə ev oyununda xal itkisi ilə üzləşib.

İspaniya La Liqası

33-cü tur

19 aprel

Malyorka – Alaves 2:1

Qol: Prats, 11. Muriqi, 45+4 – Raillo, 73-öz qapısına.

Betis – Elçe 0:1

Qol: Morente, 82.

Villarreal – Valensiya 2:0

Qol: Danjuma, 10-pen; 17.

20 aprel

Atletiko – Qranada 0:0

Selta – Xetafe 0:2

Qol: Mayoral, 23; 51.

Osasuna – Real 1:3

Qol: Budimir, 13 – Alaba, 12. Asensio, 45. Lukas, 90+6.

21 aprel

21:00. Levante – Sevilya

21:00. Espanyol – Rayo Valyekano

22:00. Kadis – Atletik

23:30. Real Sosyedad – Barselona

Bütün xəbərlər Facebook səhifəmizdə