"İnter"in finaldakı rəqibi müəyyənləşdi

"İnter"in finaldakı rəqibi müəyyənləşdi

İtaliya kubokunda yarımfinal mərhələsinin daha bir cavab görüşü keçirilib.

SİA Qol.az-a istinadən xəbər verir ki, "Yuventus" "Fiorentina"nı qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

"Yuventus"un qələbə qolunu 32-ci dəqiqədə Federiko Bernardeski vurub.

İlk oyunda da eyni hesabla qalib gələn Turin klubu finala yüksəlib. "Yuventus" mayın 11-də keçiriləcək final matçında "İnter"lə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə