Autizmli uşaqlar arasında velosiped yarışı keçirilib - FOTOLAR

Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq II Autizm Festivalı çərçivəsində autizmli uşaqlar arasında bir sıra idman yarışlarının təşkilini planlaşdırır. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və 1-ci vitse-prezident xanım Mehriban Əliyevanın daim həssaslıqla yanaşdıqları və nəvaziş göstərdikləri autizmli uşaqlar üçün keçirilən silsilə yarışlardan biri də velosiped idman növünə aiddir.

Bu gün Azərbaycan Velosiped Federasiyası və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın əsas məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürmək, autizmli uşaqlar arasında velosiped idmanına marağı artırmaqdır.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə