“Bu qələbə bizim üçün katalizator olmalıdır”

“Bu qələbə bizim üçün katalizator olmalıdır”

"Kadis"in baş məşqçisi Serxio Qonzales İspaniya çempionatının 32-ci turunda "Barselona" ilə oyunda (1:0) qazanılan qələbəni şərh edib. SİA bu barədə ispan saytlarına istinad edir.

“Düşünürəm ki, bizə mükəmməl uyğun gələn ssenari ilə çox əlaqəli oyun oynadıq. Bizim planımız onlardan fərqli idi. Bu gün hər şey planlaşdırıldığı kimi getdi. “Kamp Nou”da onlara qalib gəlmək çox çətindir. Bu qələbə bizim üçün katalizator olmalıdır. Bu oyuna böyük həvəslə hazırlaşırdıq, rəqibdən xal almaq arzusu ilə alışırdıq. Hər şey mükəmməl getdi. Mövsümün bu mərhələsindəki qələbə bizim mövqeyimizi gücləndirməlidir”, - deyə Cadiz rəsmi saytı Qonzalesdən sitat gətirir.

Bu qələbədən sonra Kadis aşağı liqa zonasını tərk etməyi bacarıb. Komanda 31 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. “Barselona” 31 oyunda 60 xal toplayıb və ikinci pillədə qərarlaşıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə