"Qalatasaray"dan qələbə

Türkiyə Superliqasında 33-cü tura yekun vurulub.

SİA Qol.az-a istinadən xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib.

"Qalatasaray” autsayder “Yeni Malatyaspor”u qəbul edib. İstanbul təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

18 aprel

Türkiyə Superliqası, 33-cü tur

"Qalatasaray" – "Yeni Malatyaspor" - 2:0
Qollar:
Babel, 51. H.Dərvişoğlu, 53.

Bu qələbədən sonra xallarını 44-ə çatdıran "Qalatasaray" 12-ci sıraya yüksəlib. 20 xalı olan "Yeni Malatyaspor" isə sonuncu - 20-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 72 xalla "Trabzonspor" başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə