Ağstafada Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə rayonun idarə, müəssisə və təşkilatları arasında mini futbol üzrə turnir keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, ilk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Turnirin açılış mərasimində çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev və digər natiqlər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan danışıb və bugünkü turnirin əhəmiyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.
Qeyd edək ki, turnirdə 20 komanda iştirak edib. Yekunda qalib komandalar diplom və medallarla təltif edilib.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB