Azərbaycan Velosiped İdmanı Federasiyasının adı və loqotipi dəyişdirilib
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) adı rəsmi olaraq dəyişdirilib və bundan sonra Azərbaycan Velosiped Federasiyası (AVF) adlandırılacaq. Azərbaycan Velosiped İdman Federasiyasından SİA-ya verilən məlumata görə, ad dəyişikliyi zamanı Nazirlər Kabinetinin “İctimai Birliklərə Respublika İdman Federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya Qaydasının tələbləri əsas götürülüb və Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb.
Bundan başqa, inkişaf strategiyasına uyğun olaraq federasiyanın loqotipi də yenisi ilə əvəzlənib. Yaxın günlərdə Azərbaycan Velosiped Federasiyasının yenilənmiş saytı da oxucuların istifadəsinə veriləcək.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB