"Şahin” Hərbi İdman Oyunlarının final mərhələsi keçirilib - FOTOLAR

"Şahin” Hərbi İdman Oyunlarının final mərhələsi keçirilib - FOTOLAR

Xəzər rayonundakı 230 saylı tam orta məktəbdə rayon üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin X-Xl sinif şagirdləri arasında “Şahin” Hərbi İdman Oyunları keçirilib. Xəzər Rayon Gənclər və İdman İdarəsindən SİA-ya verilən məlumata görə tədbirdə İdarənin rəisi Vüqar Əliyev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təlim Dəstək Mərkəzinin metodisti Mürsəl Qurbanov, məktəbin direktoru Tamilla Yaqubova, məktəbin hərbi rəhbəri Alim Mirxasov iştirak ediblər.

Final mərhələsinin nəticələrinə əsasən birinci yeri 117 saylı tam orta məktəb, ikinci yeri 322 saylı tam orta məktəb, üçüncü yeri isə 26 saylı tam orta məktəb tutub.

Qalib komandalar Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif ediliblər.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə