Yeniyetmə cüdoçular arasında Sumqayıt şəhər birinciliyi start götürüb - FOTOLAR
Bu gün Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı (ACF) ilə 15 yaşadək (U-15) yeniyetmələr arasında cüdo üzrə Sumqayıt şəhər birinciliyi start götürüb. Azərbaycan Cüdo Federasiyasından SİA-ya verilən məlumata görə, 2008-2010-cu il təvəllüdlü idmançılar arasında təşkil edilən yarış Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib. “Şuşa İli”nə həsr olunan turnirdə 300-dən çox idmançı 20 çəki dərəcəsi üzrə mübarizə aparır.
İki gün davam edəcək yarışın təşkilində əsas məqsədlərindən biri ölkəmizin bütün regionlarında cüdonu daha da populyarlaşdırmaq və kütləviləşdirməklə yeni istedadları üzə çıxarmaq, həmçinin yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzini təbliğ etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB