“Qarabağ” ispaniyalı futbolçu ilə yollarını ayıra bilər

“Qarabağ” ispaniyalı futbolçu ilə yollarını ayıra bilər

Ağdamın “Qarabağ” klubu ispaniyalı futbolçu Qaspar Panadero ilə yollarını ayıra bilər. SİA xəbər verir ki, hazırda icarə əsasında Kiprin AEK klubunda oynayan futbolçu böyük ehtimalla daha Ağdam təmsilçisinin düşərgəsinə qayıtmayacaq. Böyük ümidlərlə transfer olunan ancaq istənilən effekti verməyən futbolçu ilə müqavilə ləğv olunacaq.

Qeyd edək ki, Panadero cari mövsümün əvvəlində “Qarabağ”a keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə