"Milan"dan 2 qol, 3 xal

"Milan" A seriyasının 32-ci turunda "Cenoa" ilə qarşılaşıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, oyun "Milan"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını 11-ci dəqiqədə Rafael Lao, 87-ci dəqiqədə isə Cunior Messias vurublar.

Qeyd edək ki, "Milan" hazırda turnir cədvəlində 71 xalla liderdir. "Cenoa" isə 22 xalla 19-cudur.

Bütün xəbərlər Facebook səhifəmizdə