Qurban Qurbanovun ordenlə təltif edilməsi onun əməyinə verilmiş qiymətdir - İDARƏ RƏİSİ AÇIQLADI

Qurban Qurbanovun ordenlə təltif edilməsi onun əməyinə verilmiş qiymətdir - İDARƏ RƏİSİ AÇIQLADI

“Bir daha fürsətdən istifadə edərək cənab Prezidentə idman ictimaiyyəti adından təşəkkürümüzü bildirmək istəyirik ki, Azərbaycan idmançılarına, hakimlərinə, məşqçilərinə böyük diqqət və qayğı göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib.

Onun sözlərinə görə, Prezident tərəfindən mütəmadi olaraq güləşçilərin qəbul olunması, dövlət başçısının onlara verdiyi töhfələr, ötən gün isə "Qarabağ" futbol klubunun məşqçisi Qurban Qurbanovun şöhrət ordeni ilə təltif edilməsi idmançılara, idman ictimaiyyətinə qayğısının əyani göstəricisidir. Eyni zamanda xüsusi olaraq onu vurğulamaq istəyirəm ki, Prezidentin hər bir idmançının əməyini, zəhmətini şəxsən izlədiyinin şahidi oluruq. Qurban Qurbanovun istər "Qarabağ" futbol klubunda, zaman-zaman Avropa çempionatının ayrı-ayrı Liqalarında, Çempionlar Liqasının qrup mərhələsindəki iştirakı məhz bu mütəxəssisin böyük zəhmətinə, əməyinə verilmiş bir dəyər və qiymətdir.

Digər bir tərəfdən bu, cənab Prezidentin Qurban Qurbanovun "Qarabağ"-"Marsel" oyunundakı böyük “fair play” jestinə xüsusi önəm verməsinin, eyni zamanda, xalqın idman mütəxəssisinin yüksək mədəniyyətinə, idman etikasına olan qayğısının əyani sübutudur. İdman dövlət siyasəti olaraq əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ali Baş Komandan, Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin sədri olduğu zamanlardan bu günümüzə qədər bu idman hər zaman diqqət mərkəzindədir. İdmançılara bu qayğı idman ictimaiyyətini, idman mütəxəssislərini, məşqçi korpusunu yeni-yeni qələbələrə ruhlandırır. Bundan sonra da əminliklə deyə bilərik ki, başda dövlət başçısı olmaqla idman sahəsindəki uğurlarla hər kəsi sevindirəcəyik. Üçrəngli bayrağımızın, dövlət himnimizin səsləndirilməsi üçün idmançılarımız əlindən gələni edəcək”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə