Aprelin 12-də futbol üzrə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab görüşlərinə start verilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yarımfinalın ilk iştirakçısı bəlli olub. Belə ki, İspaniyanın "Vilyarreal" klubu növbəti mərhələyə yüksəlib.
İlk oyunda doğma azarkeşlər önündə Almaniya "Bavariya"sını 1:0 hesabı ilə məğlub edən La Liqa təmsilçisi cavab görüşündə 1:1 hesablı heç-heçəyə nail olub. Oyunda ilk qolu 52-ci dəqiqədə Robert Levandovski vurub. Qonaqlar 88-ci dəqiqədə Samuel Çukvuezenin qolu ilə hesabı bərabərləşdiriblər. Bu nəticə ilə "Vilyarreal"ı yarımfinala vəsiqə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB