"İnter" onu birdəfəlik aldı

"İnter" "Atalanta"dan yanvarda icarəyə götürdüyü Robin Qozensi birdəfəlik alıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, Milan təmsilçisi 27 yaşlı oyunçunu almaq hüququndan istifadə edib. Bu transfer ümumilikdə "İnter" 25 milyon avroya başa gələcək.

Qeyd edək ki, alman müdafiəçi zədə səbəbindən klubda cəmi 6 oyuna çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə