Azərbaycan Milli Karate Federasiyası (AMKF) qadınların baş məşqçisi Denis Morozvun rəhbərliyi ilə qadınlar arasında 6-cı Beynəlxalq təli-məşq təşkil edəcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 2-8 May tarixlərində AMKF-in təlim-məşq bazasında təlim-məşqlərə Tokio Olimpiadasının gümüş mükafatçıları İrina Zaretska, Anjelika Terlyuq (Ukrayna), Dünya çempionu Ayumi Uekusa (Yaponiya) kimi tanınmış qadın karateçilər, həmçinin milli komandamızın titullu üzvləri qatılacaq. Bakıda növbəti beynəlxalq təlim-məşqlərə bir sıra ölkələrdən idmançıların qatılması gözlənilir.
Xatırladaq ki, martın əvvəli müxtəlif yaşlı qadınların 1 həftə davam edən beynəlxalq seminarına idmançılarımızla birgə Çexiya və Yunanıstandan karateçilər qatılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB