Pyaniç "Barselona"ya qayıdır

"Beşiktaş"da icarə əsasında çıxış edən Miralem Pyaniç mövsümün sonunda müqavilə məxsus olduğu "Barselona"ya qayıdacaq.

SİA Qol.az-a istinadən xəbər verir ki, klubun idman direktoru Ceyhun Kaxancı yerli mətbuata açıqlamasında bosniyalı yarımmüdafiəçinin gələn mövsüm onlarla olmayacağnı bildirib.

Qeyd edək ki, Pyaniçin "Barselona" ilə müqaviləsi 2024-cü ilə qədərdir. 31 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 22 oyunda 4 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə