Federasiyaya ayrılan vəsait güləşin inkişafı istiqamətində sərf olunur - QURUM SÖZÇÜSÜ SİA-YA DANIŞDI
“23 yaşadək idmançılar arasında keçirilən Avropa çempionatından sonra cənab Prezident İlham Əliyev tərəfindən Güləş Federasiyasına pul mükafatı ayrılmışdır”. Bu sözləri SİA-ya açıqlamasında Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı bildirib.
Onun sözlərinə görə, indi isə böyüklər arasında keçirilən Avropa çempionatından sonra da Federasiyamızın hesabına 1 milyon manat məbləğində pul vəsaiti ayrılıb: “Təbii ki, ayrılan vəsait bir neçə istiqamətdə sərf olunacaq. Ayrılan vəsait idmançılar və yığma komandanın baş məşqçiləri üçün ayrılan pul mükafatına, güləşin maddi-texniki bazasının gücləndirilməsinə və infrasturukturun yaxşılaşdırılması ilə bağlı işlərin görülməsi naminə istifadə olunacaq. Ümummilikdə nəzərdə tutulan bir yardım güləşin inkişafı üçün nəzərdə tutulub. Həmçinin uşaqlar arasında və bölgələrimizdə güləşə olan marağın artırılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB