Taleh Ziyadov Dünya Badminton Federasiyasının prezidenti ilə görüşüb
Azərbaycan Badminton Federasiyasının (ABF) prezidenti Taleh Ziyadov Dünya Badminton Federasiyasının prezidenti Pol-Erik Xöyer Larsenlə görüşüb. ABF-nin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, görüş Maltanın paytaxtı Valettada Avropa Badminton Konfederasiyasının illik iclası zamanı gerçəkləşib.
Tərəflər Azərbaycanda badmintonun inkişafı, iki qurum arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələr aparıblar. BWF ilə birgə əməkdaşlığın nəticəsi olaraq, ölkənin 5 regionunda həyata keçirilən "Shuttle Time" proqramı barədə ətraflı məlumat verilib. Proqramı ABF-nin vitse-prezidenti Aynur Səmədova və milli komandanın baş məşqçisi Morteza Validarvi nümunəvi layihə olaraq təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB