İlham Əliyev hər zaman idmana xüsusi diqqət ayırır - AVROPA ÇEMPİONU DANIŞDI
"Azərbaycanın ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm". Bu sözləri SİA-ya açıqlamasında Avropa çempionu Taleh Məmmədov bildirib. Onun sözlərinə görə, cənab Prezident hər zaman idmana və idmançılara xüsusi diqqət və qayğı göstərir: "Biz də Prezidentimizin siyasətinə qoşularaq bir idmançı kimi bayrağımızı hər zaman yüksəklərə qaldırıb, himnimizi səsləndirəciyik. Cənab Prezident bizimlə görüş zaman çıxışlarımızı izlədiyini və uğurumuzun tarixi bir qələbə olduğunu qeyd etdi. Həmçinin ölkə başçısı bildirdi ki, 44 günlük müharibədə ermənilər necə öz əməllərindən əl çəkmədisə bunu idmanda da göstərdilər. Biz isə öz qələbəmizlə idmanda da onların layiqincə cavabını verdik. Prezidentlə görüşmək bizə ruh yüksəkliyi və stimul verdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB