Prezidentlə görüşən güləşçilər TƏƏSSÜRATLARINI SİA-YA DANIŞDILAR - SORĞU

Prezidentlə görüşən güləşçilər TƏƏSSÜRATLARINI SİA-YA DANIŞDILAR - SORĞU

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib.

Cənab Prezident güləşçilərimizi qazadıqları qələbə münasibəti ilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Biz isə eksklüziv olaraq SİA üçün qaliblərimizin təəssüratlarını öyrəndik.

Avropa çempionu Eldəniz Əzizli: “Cənab Prezident İlham Əliyev bizimlə bu gün görüşdü. Ümumilikdə ölkə başçısı ilə görüşmək bizə qürur verməklə yanaşı, gələcəkdəki oyunlarda uğur qazanmağımız üçün stimul verdi. Çünki əgər insanın gördüyü işə qiymət verilirsə, insanın həvəsi daha çox artır. Bugünkü görüşdə cənab Prezidentə bütün təşəkkürlərimizi mən bildirdim. Onu da qeyd etdim ki, cənab Prezidentin bizim işimizə verdiyi dəyər bizim üçün çox önəmlidir. Bundan sonra daha çox çalışıb mötəbər yarışlarda bayrağımızı dalğalandıracıyıq ki, möhtərəm Prezidentin bizə olan etimadını doğruldaq”.

Avropa çempionu Əliabbas Rzazadə: “Cənab Prezidentin idmana və idmançılara göstərdiyi diqqət və qayğı göz önünüdədir. Cənab Preizdent artıq bir ay ərzində 2-ci dəfədir ki, güləşçilərlə görüşür. Bunun nəticəsi olaraq biz bu görüşlərdən enerji alıb uğurlarımızı daha da artırırıq. Yarışa çox güclü şəkildə hazırlaşmışdıq. İstər Milli Olimpiya Komitəsi istərsə də, Federasiyamız bizim üçün lazım olan şəraiti və imkanları yaratmışdı. Lakin yarışda hakim haqsızlıqları da oldu. Qarşıdan bizi Dünya Çempionatı və İslam Oyunları gözləyir. Hər birimiz var gücümüzlə bu yarışlara hazırlaşıb, bayrağımızı bir daha yüksəklərdə dalğalandıracayıq. Cənab Prezidentin də qeyd etdiyi kimi əsas məqsədimiz Paris 2024-cü ildə keçiriləcək Olimpiya bayrağımızı dalğalandırmaqdır”.

Avropa çempionu Murad Məmmədov: “Avropa çempionunda qazandığımız uğurlu nəticələrə görə bu gün cənab Prezident İlham Əliyev bizi qəbul etdi. Ölkə başçısı bizə öz ürək sözlərini deyib, məsləhətlər verdi. Məncə, hər bir idmançının arzusudur ki, yaxşı nəticə əldə edib, Prezidentlə görüşsün. Şükürlər olsun ki, bu bizə qismət oldu. Həqiqətən də bu görüş bütün idmançılarımız üçün böyük bir motivasiya oldu. Ölkə başçısının hər birimizi ayrıca tanıması qürurverici bir hissdir. Belə görüşlər bizim nəticələrimizdən asılıdır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə