İdmançımızın bu hərəkəti Prezident tərəfindən yüksək qiymətləndirildi - İDARƏ RƏİSİ DANIŞDI
“Bu gün cənab Prezident sərbəst və yunan-roma güləşi üzrə milli yığma komandanın heyətini qəbul edib. Cənab Prezidentin qısa müddət ərzində güləşçilərimizlə artıq 2-ci görüşüdür. Bütün bunlar ölkə başçısının idmana, idman ictimaiyyətinə olan münasibətin bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib.

Onun sözlərinə görə, sevindirici haldır ki, həm sərbəst, həm də yunan-roma milli yığma komandamız komanda hesabında da 1-ci yerə çıxıb: “Müstəqillik əldə etdiyimiz dövrdə hər iki milli yığma komandaların eyni vaxtda komanda hesabına qalibiyyət gətirməsi tarixi bir qələbədir. Görüşdə Olimpiya çempionumuz Namiq Abdullayev, dəfələrlə Dünya və Avropa çempionu olan Hacı Əliyev, yunan-roma güləş növünün baş məşqçisi Avropa çempionu Eldəniz Əzizli çıxış edərək idman ictimaiyyətimizin təşəkkürlərini cənab Prezidentə çatdırıblar. Cənab Prezident Olimpiya oyunlarına 2 ildən az bir müddətin qaldığını və dədə-baba idman növümüz olan güləşə böyük ümidlərin bəsləndiyini vurğulayıb.
Həmçinin cənab Prezident xüsusi olaraq Azərbaycan idmançısının yüksək mədəni dəyərlərini, idmançı etikasına xas olan məqamları vurğulayaraq, erməni idmançısı ilə yunan-roma güləşi üzrə məşğul olan Taleh Məmmədovun iştirakına münasibət bildirib. Bilirsiz ki, erməni güləşçisi məğlub olandan sonra öz çirkin əməlləri ilə idmançımızı provakasiyaya çəksə də idmançımızın professional hərəkəti nəticəsində buna nail ola bilməyib. İdmançımızın bu hərəkəti Prezident tərəfindən yüksək qiymətləndirilib. Fürsətdən istifadə edib idman ictimaiyyəti olaraq cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Bu görüş həmçinin digər idman növündə də çıxış edən bütün idmançılarımız üçün də bir stimuldur. Bizdə çalışacayıq ki, öz nəticəmizlə ölkə rəhbərini və xalqımızı sevindirək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB