"Marsel" uddu, "Roma" uduzdu

Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.

SİA Qol.az-a istinadən xəbər verir ki, görüşlərin hamısı eyni gündə keçiriləcək. "Slaviya" (Praqa) Niderlandda "Feyenoord"la üz-üzə gələcək. PSV "Lester"in qonağı olacaq. Pley-off-da "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel" PAOK-u qəbul edəcək. "Roma" isə Norveçdə "Budyo Qlimt"lə qarşılaşacaq.

Qeyd edək ki, komandalar arasında cavab görüşləri aprelin 14-də keçiriləcək.

UEFA Konfrans Liqası, 1/4 final

İlk oyunlar

7 aprel

20:45. "Feyenoord" (Niderland) - "Slaviya" Praqa (Çexiya) - 3:3

23:00. "Marsel" (Fransa) - PAOK (Yunanıstan) - 2:1

23:00. "Lester" (İngiltərə) - PSV (Niderland) - 0:0

23:00. "Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya) - 2:1

Bütün xəbərlər Facebook səhifəmizdə